Ənsarullaah: İsrailə getməyən gəmiləri saxlamırıq

Ənsarullaah: İsrailə getməyən gəmiləri saxlamırıq

Yəmən Ənsarullah hərəkatının rəsmisi Qırmızı Dənizdən keçən gəmilərin İsrailə keçməyəcəyinə əmin olduqları təqdirdə o gəmiləri saxlamaq üçün heç bir əsasları olmadığını deyib.

Əl Alə telekanalının məlumatına əsasən, Ənsarullah mətbuat katibinin müavini Nasirəddin Amir Qərb mediası ilə müsahibəsində işğal olunmuş Fələstin limanlarına getməyən gəmiləri saxlamayacaqlarını elan edib.

Newsweek qəzeti ilə müsahibə verən Amir deyib: Biz sadəcə düşmən sionist rejimə xidmət edən gəmiləri saxlayırıq və bu məqsədi olmayan gəmilərə maneə yaratmırıq.

Qeyd edək ki, son bir neçə həftədir ki, Yəmən dəniz qüvvələri sionist rejim məqsədi ilə Qırmızı dənizdən ötən bütün gəmiləri saxlayıb maneələr yaradırlar. Onların məqsədi Qəzzəyə ərzaq və tibbi yardımdan başqa mal aparan gəmilərin İsrail limanlarına daxil olmaması, şərtləri isə sionist rejimin Qəzzəyə təcavüzkarlıqlarını dayandırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 15 =