Ənsarullah ABŞ hərbi gəmisini vurdu
Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini raketlərlə hədəf aldıqlarını açıqlayıb.
Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri X sosial media platformasında verdiyi açıqlamada Ənsarullah qüvvələrinin Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı həyata keçirdiyi hücumla bağlı məlumat verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Gravely” esminesini uyğun dəniz raketləri ilə hədəf aldıqlarını ifadə edən Səri, sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək üçün edildiyini bildirib.
Səri, “Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz və Oman dənizində ölkəmizə qarşı hücumda iştirak edən bütün Amerika və İngiltərə döyüş gəmilərinin qüvvələrimizin hədəf bankı daxilində olduğunu və qanuni hüquq çərçivəsində hədəf alınacağını təsdiqləyir.