Ənsarullah: Amerika koalisiyasının məqsədi Qırmızı dənizi hərbiləşdirməkdir

Ənsarullah: Amerika koalisiyasının məqsədi Qırmızı dənizi hərbiləşdirməkdir

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi Amerika dəniz koalisiyasını Fələstin xalqına qarşı təcavüzü davam etdirmək hesab edib və Vaşinqtonun sionist rejimin xeyrinə Qırmızı dənizi hərbiləşdirmək niyyətində olduğunu vurğulayıb.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi vurğulayıb ki, Amerikanın Qırmızı dənizdəki dəniz koalisiyası yalnız sionist rejim və İsrail gəmilərinə dəstək olmaq üçündür.

Bu koalisiyanın Fələstin xalqına qarşı təcavüzün tərkib hissəsi olduğuna işarə edən Ənsarullah deyib: Bu koalisiya beynəlxalq hüquqa ziddir və gəmiçiliklə bağlı deyil, əksinə, Qırmızı dənizi İsrailin xeyrinə hərbiləşdirməyə çalışmaqdır.

Sionist ordusunun Qəzza zolağına geniş hücumlarından sonra Yəmən ordusu Fələstin xalqına dəstək məqsədilə işğal olunmuş ərazilərə gedən bir neçə İsrail gəmisinə hücum edə bilib.

Əl-Məsirə xəbər kanalı bu Yəmən hərəkatına istinadən xəbər verir ki, ABŞ koalisiyasının məqsədi sionist rejimi Fələstin xalqına qarşı vəhşi cinayətlərini davam etdirməyə təşviq etməkdir.

Ənsarullah İsrail gəmilərinin keçidinin qarşısını almağı insani və mənəvi borc hesab edərək bildirib: Qəzzanın mühasirəsini yarmaq Birləşmiş Millətlər Təşkilatının və insan haqlarını müdafiə etdiyini iddia edən təşkilatların yerinə yetirməli olduğu bir roldur.

Bu Yəmən hərəkatı bu ölkə xalqının mövqeyinin Fələstin xalqını dəstəkləməkdə sabit olduğuna işarə edərək, qeyd edib: Biz region və dünya xalqlarından Qəzzədəki qardaşlarımızı dəstəkləmələrini gözləyirik.

Dünən Yəmən silahlı qüvvələri sionist rejimlə təmasda olan iki gəmiyə qarşı mühüm hərbi əməliyyat keçirib. Birinci gəmi neft daşıyan “Swan Atlantic”, ikinci gəmi konteynerlər daşıyan “MSC Clara” gəmisidir.

Səna açıqlamasında bu iki gəminin ekipajının Yəmən Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına əhəmiyyət vermədiyinə işarə edərək deyib: Silahlı qüvvələr bir daha dünya limanlarına gedən bütün gəmiləri əmin edirlər ki, İsrail limanlarına gedən gəmilərdən başqa, onlara heç bir zərər gəlməyəcək.

Sonda Səna diqqət çəkib: Silahlı qüvvələr gəmilərin İsrail limanlarına getməsinə, Ərəb dənizi və Qırmızı dənizdə hərəkət etməsinə icazə verməyəcək. Qəzza zolağının əhalisi üçün dərman və yemək daşıyan gəmilər istisnadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + four =