Ənsarullah: Amerika və İngiltərə artıq Babəl-Məndəbdən keçməyəcək

Ənsarullah: Amerika və İngiltərə artıq Babəl-Məndəbdən keçməyəcək

Ənsarullah hərəkatının siyasi ofisinin üzvü xəbərdarlıq edib ki, Yəmənin bir neçə saat əvvəl Amerika gəmisinə hücumundan sonra Amerika və Britaniya qüvvələri artıq Babəl-Məndəbdən keçə bilməyəcək.

Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Bəxiti Yəmən silahlı qüvvələrinin raket imkanlarını inkişaf etdirdiyini və tezliklə sürprizlərin olacağını vurğulayıb.

Əl-Bəxiti Amerika və İngiltərə qüvvələrinin artıq Babəl-Məndəbdən keçə bilməyəcəyinə işarə edərək deyib: Biz yeni mərhələyə qədəm qoyduq və müqavimət oxu bölgədəki işlərə nəzarəti ələ keçirdi.

Amerika da Yəmənə hücumdan peşman olacaq və uduzan tərəf olacaq.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu bazar ertəsi axşam bildirib ki, ölkə qüvvələri hərbi əməliyyat zamanı Ədən körfəzində ABŞ-a məxsus gəmini hədəf alıb.

Yəhya Səri həmçinin deyib: Bu əməliyyat bir neçə dəniz raketi ilə həyata keçirilib və hədəfi birbaşa və dəqiq vurub.

Əl-Bəxiti Yəmənin ABŞ-la qarşı-qarşıya qalmağa qadir olduğuna və münaqişənin qaydalarını müəyyən etdiyinə işarə edərək deyib: Bizim qüvvələrimizin əvvəlki əməliyyatlarında bir Amerika döyüş gəmisi zədələndi və ABŞ onun iki qüvvəsinin yoxa çıxdığını etiraf etdi.

Yəmən silahlı qüvvələrinin sözçüsü daha sonra xəbərdarlıq edib: Biz ölkəmizə hücumda iştirak edən bütün Amerika və Britaniya hərbi gəmilərini qüvvələrimizin hədəf siyahısında olan düşmən hədəfləri hesab edirik.

Səri vurğulayıb ki, Amerika və İngiltərə hücumlarına cavab mütləq gələcək və hər hansı yeni hücum cavabsız qalmayacaq və cəzalandırılacaq.

Bir neçə saat əvvəl Əl-Cəzirə xəbər kanalı yəmənli hərbi mənbəyə istinadən xəbər vermişdi ki, Ənsarullah qüvvələri Qırmızı dənizdə işğal olunmuş Fələstinə gedən gəmini hədəf alıb.

Bu mənbə gəminin heyətinin Yəmən qüvvələrinin xəbərdarlığına məhəl qoymadığını və bu səbəbdən bu gəminin hədəfə alındığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =