Ənsarullah lideri: Yəmənin sionistlərə qarşı cəbhəsi effektivdir

Ənsarullah lideri: Yəmənin sionistlərə qarşı cəbhəsi effektivdir

Yəmənin Ənsarullah hərəkatının lideri bu ölkənin sionist rejimə qarşı cəbhəsinin effektivliyinə işarə edərək, Vaşinqton və Tel-Əvivin cinayətlərinin cavabsız qalmayacağını vurğulayıb.

Mehr xəbər agentliyinin Əl-Məsirəyə istinadla verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi çıxışı zamanı bu ölkə xalqını sabah (cümə) məzlum Fələstin xalqına dəstək üçün nümayişlərdə iştirak etməyə çağırıb Həmçinin, bu ölkənin sionist rejimə qarşı cəbhəsinin təsirli olduğunu vurğuladı.

Əl-Husi deyib: Yəmən cəbhəsi ballistik raketlər və pilotsuz uçuş aparatları ilə sionist düşmənə qarşı aktivləşdirilib və hazırda sionist rejimin iqtisadiyyatına qarşı çox təsirli hücumlar və tədbirlər həyata keçirib. Həmin tədbirlərdən biri sionist rejiminə məxsus və ya bu rejimə bağlı gəmilərin Ədən körfəzi və Babəl-Məndəb boğazı və Qırmızı dənizdən keçidinin qarşısını almaqdır.

Ənsarullah lideri həmçinin Amerikanın Qırmızı dənizdəki cinayəti və Yəmən ordusunun 10 hərbçisinin şəhadətinə cavab olaraq vurğulayıb: Amerika və İsrail Qırmızı dənizdə Yəmən donanmasına hücum edərək ağılsızlıq etdilər, lakin bu cinayətkar hücum cavabsız qalmayacaq və cəzalandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 13 =