Ənsarullah: Təhülkəsizlik Şurasının qətnaməsi “siyasət oyunudur”
Yəmən Ənsarullah Hərəkatının sözçüsü Amerikanın Təhülkəsizlik Şurasına təklif etdiyi qətnamə layihəsini siyasət oyunu kimi dəyərləndirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ənsarullah Hərəkatının mətbuat katibi deyib: TŞ-nin Qırmızı Dənizdə təhlükəsizliyi barədə qətnaməsi siyasi oyundur və qanunu pozan Amerikanın özüdür.
Ənsarullah sözçüsü TŞ-yə xitabət deyib: Biz Təhlükəsizlik Şurasından Qəzzə boyda bir həbsxana yaradaraq 2 milyon 300 min insanı mühasirədə saxlayan İsrail və ABŞ-ın ölümcül silahları ilə öldürülənlərin cəzalandırılmasını istəyirik.
Bu zəmində Yəmən Ənsuarullah Hərəkatı siyasi şurası də TŞ qətnaməsinə reaksiya olaraq elan edib ki, biz Təhlükəsizlik Şurasından Qəzzədə 2.3 milyon insanın ABŞ və İsrail mühasirəsindən çıxarılmasını tələb edirik. İsraildən Qəzzəyə hücumlarını dayandırmasını, regionnun sülhünə zərbə vurmasına son qoymasını istəyirik.