Ənsarullah: Vaşinqton Yəmənin raket buraxılış platformalarını hədəfə almaqda məğlubiyyətə uğradı

Ənsarullah: Vaşinqton Yəmənin raket buraxılış platformalarını hədəfə almaqda məğlubiyyətə uğradı

 Yəmən Ənsarullah Hərəkatının İnformasiya Şurasının rəhbəri bildirib ki, ABŞ-ın Yəmənin raket buraxılış platformalarına son hücumları uğursuz oldu və Vaşinqton öz məqsədlərinə nail ola bilmədi.

İRNA-nın şənbə günü verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının İnformasiya Şurasının sədri Nəsrəddin Amir “Əl-Ərəbi” telekanalına müsahibəsində deyib: “Biz öz gücümüzü və qüvvələrimizi tam qorumuşuq, İsrail və Amerika gəmilərini hədəfə almaq imkanımız var.”

O əlavə edib ki, beynəlxalq gəmiçilik dünyanın digər gəmiləri üçün tamamilə təhlükəsizdir və biz onları hədəfə almayacağıq.

Yəmənli rəsmi vurğulayıb ki, Amerikanın təcavüzünə cavab qurudan və dənizdən olacaq və onunla əlaqəli gəmiləri hədəfə alacağıq.

“Sionist rejimin maraqlarına xidmət etmək üçün beynəlxalq qanunları tapdalayan Vaşinqton oldu” – deyə, Amiri bildirib.

O deyib: Amerikanın hücumları başlamazdan əvvəl təhdidlər aldıq və buna  əhəmiyyət vermədik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + twelve =