Ənsarullahın yenidən ABŞ terror siyahısına daxil edilməsinə Fələstin müqavimətinin reaksiyası

Ənsarullahın yenidən ABŞ terror siyahısına daxil edilməsinə Fələstin müqavimətinin reaksiyası

Fələstinin Cihad və HƏMAS hərəkatları açıqlamalarında ABŞ-ın Yəməndəki Ənsarullah hərəkatının adının terror təşkilatları siyahısına daxil edilməsi istiqamətindəki hərəkətini pisləyərkən, Yəmən və Ənsarullahın Fələstinə dəstək səylərini təqdir edib.

Mehr xəbər agentliyinin məlumatına görə, HƏMAS və Fələstin İslami Cihad hərəkatları bu axşam (çərşənbə günü) iki ayrı bəyanatda ABŞ-ın Yəmənin Ənsarullah hərəkatının adının yenidən qondarma “terrorçular” siyahısına salınması hərəkətini pisləyiblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İslami müqavimət hərəkatı HƏMAS bir bəyanatda Vaşinqtonun Yəmən Ənsarullah hərəkatının adını qlobal terror siyahısına daxil etməsini qətiyyətlə pislədiyini və bunu siyasi hərəkət və sionistlərin Qəzza zolağında Fələstin xalqına qarşı vəhşi cinayətlərini və soyqırımını ört-basdır etmək məqsədilə edildiyini bildirib.

HƏMAS bəyan edib ki, bu siyasi və əxlaqsız hərəkət Bayden administrasiyasının Fələstində və regionda sionistlərin planları ilə uyğunluğunu bir daha sübut edir.

HƏMAS hərəkatı həmçinin Yəmən Ənsarullahı və bütün müqavimət qruplarının Fələstin və Qüdsə dəstək səylərini təqdir edib və işğalçı və qəddar sionist düşmənlə mübarizədə bütün bu hrəkatların vəhdətini vurğulayıb.

Digər tərəfdən, Fələstin İslami Cihad hərəkatı da ABŞ-ın Yəmənin Ənsarullah hərəkatının adının terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı hərəkətini pisləyən bəyanat yayıb.

Bu hərəkat bəyan edib ki, Amerikanın hərəkətləri bu ölkənin xalqlar üzərində hökm sürmək istədiyini və bu xalqları özlərinə tabe etmək üçün əsl terrorizmi mənimsədiyini sübut edir.

İslami Cihad hərəkatı sionist düşmənə qarşı Fələstin xalqı ilə birlikdə döyüşən Yəmən xalqına və Ənsarullaha salam göndərib.

Digər tərəfdən, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Əl-Cəzirə telekanalına müsahibəsində deyib: ABŞ bizim adımızın terror siyahısına salınması məsələsindən siyasi məqsədlər güdür.

O vurğulayıb: Qırmızı dənizdə etdiklərimiz Qəzzada müharibəni dayandırmaq üçün bir növ təzyiq idi və Amerikanın bu hərəkəti bizi fələstinliləri dəstəkləməkdəki qəti mövqeyimizdən çəkindirməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =