Ərəb Liqası liderləri: Qəzzanı yenidən qurmaq üçün 53 milyard lazımdır

Ərəb Liqası liderləri: Qəzzanı yenidən qurmaq üçün 53 milyard lazımdır

 Ərəb Dövlətləri Liqasının Fələstinlə bağlı fövqəladə iclasında liderlər Qəzza xalqının miqrasiyasına qarşı çıxaraq zolağın yenidən qurulması üçün 5 il ərzində 53 milyard dollara ehtiyac olduğunu vurğulayıblar.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Fələstin Administrasiyasının tələbi ilə Qahirədə keçirilən və regional mediada Fələstin Zirvəsi olaraq xatırlanan Ərəb Liqasının zirvə toplantısına üzv ölkələrin “Ərəb Sülhü” planına dəstəyini ehtiva edən bəyanatın verilməsi ilə başa çatıb.

Məlumata görə ərəb liderlərinin toplandığı bu görüşün məqsədi Qəzza xalqının miqrasiyasına etiraz olub və bu əslində “Yaxın Şərq Riverası” kimi tanınan Amerika-İsrail planına cavab xarakteri daşıyır.

Əbdülfəttah əs-Sisi, Bəhreyn kralı Abdullah bin Hüseyn, Bəhreyn kralı Həməd bin İsa, Qətər əmiri Təmim əl-Tani, Livan prezidenti Cozef Aun və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın da qatıldığı görüşdə Qəzzaya beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 11 =