Ər-Riyad: Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmağa tələsmir

Ər-Riyad: Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmağa tələsmir

 “Ər-Riyad” qəzeti “Fərqli sülh” başlıqlı xəbərdə yazır:

  Səudiyyə Ərəbistanı “Birləşmiş Ştatların nəzarəti altında İsraillə əlaqələr qurmağa tələsmir və danışıqlar aparan tərəflər arasında razılıq əldə olunana qədər mühüm məsələlərin və işlərin müzakirəsi vaxt aparacaq”.

 Səudiyyə mediası şənbə günü, sentyabrın 30-da bildirib ki, Səudiyyə Ərəbistanı “ABŞ-ın nəzarəti altında İsraillə əlaqələr qurmağa tələsmir”.

Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzeti “Fərqli sülh” başlıqlı redaksiya məqaləsində yazır: “Mühüm məsələlər və işlərlə bağlı müzakirələr aparan tərəflər arasında razılıq əldə olunmayana qədər danışıqlar uzun çəkəcək və bu, gözləniləndən daha uzun sürə bilər”.

Bu qəzet vurğulayıb ki, “İsraillə əlaqələr qurmaq üçün danışıqlar mərhələlərdən keçəcək. Başqa bir yol düzgün zəmin hazırlamaqdır, belə ki, müqavilə aydın əsaslara söykənsin və tərəflərin hər biri onu bağlayacaqları təqdirdə üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu bilsin”.

Bu hesabat Ağ Evin daha əvvəl “İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların davam etdiyini” təsdiqləməsindən sonra qeyd olunub.

“Reuters” xəbər agentliyi normallaşma danışıqları ilə bağlı üç məlumatlı mənbəyə istinadən belə məlumat yayıb:

ABŞ və Səudiyyə Ərəbistanı arasında müdafiə müqaviləsi bağlamaq şərti yerinə yetirilərsə, Fələstinlilərin hüquqları ilə bağlı Səudiyyənin digər tələblərindən asılı olmayaraq Ər-Riyad və Təl-Əviv arasında münasibətlər normallaşacaq.

Reuters xəbər agentliyinin bu hesabatı yüksək rütbəli İsrail rəsmisinə istinadən “I24” saytı tərəfindən dərc edilib:

ABŞ Prezidenti Co Bayden və işğalçı rejimin baş naziri Benyamin Netanyahu arasında “iki dövlətli həll variantını” qorumaq üçün razılaşma Ər-Riyad və Təl-Əviv arasında normallaşma haqqında “hərtərəfli razılaşma”nın bir hissəsi kimi əldə olunub.

Səudiyyə Ərəbistanının vəliəhdi sentyabrın 21-də Amerikanın “Fox News” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının İsraillə normallaşmaya doğru addım-addım irəlilədiyini açıqlayıb. Bin Salman normallaşma sazişinin tələbləri ilə bağlı suala cavab olaraq deyib: Fələstin məsələsi bizim üçün çox önəmlidir və biz bu məsələni həll etməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =