Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub-Video

Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub-Video

Hər ilin səfər ayının 20-ə təsadüf edən və İmam Hüseynin şəhid edilməsinin 40-cı günü kimi qeyd edilən Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub.

Bu barədə Kərbəlanın Tədqiqat və Araşdırmalar Mərkəzinin sədri Əbdüləmir əl-Qureyşi məlumat verib.

Əl-Qureyşinin sözlərinə görə UNESCO-nin 14 dekabr tarixində keçirlən toplantısı çərçivəsində Ərbəin ziyarətinin dünya irsinə daxil edilməsi məsələsi səsə qoyulub və bu mərasim yekdilliklə dünya mədəni irsinin siyahısına daxil olub.

Xatırladaq ki, hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 6 Sentyabr  tarixinə təsadüf edir.

imamhussain.org/SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − two =