Ərdoğan: Fələstin Dövləti qurulanadək mübarizə aparacağıq

Ərdoğan: Fələstin Dövləti qurulanadək mübarizə aparacağıq

“1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds (Yerusəlim – red.) olan müstəqil Fələstin Dövləti qurulanadək bu mübarizə aparacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

“Biz İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik”, – dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdəki münaqişənin ilk günündən “bu məsələdə qürurlu və vicdanlı mövqe ortaya qoyub”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 19 =