Ermənilər Əliyevin sülh təklifinə qarşı çıxırlar

Ermənilər Əliyevin sülh təklifinə qarşı çıxırlar

“Xəritələr olmadan istənilən həllin hüquqi problemləri olacaq”

Ermənistan parlamentinin deputatı Gevorg Papoyan Ermənistan-Azərbaycan danışıqlarına toxunaraq bildirib ki, sülhə hazırlaşmaq silahdan imtina etmək və ya tamamilə geri getmək demək deyil.

Erməni deputat deyib ki, Ermənistan Respublikasının əraziləri toxunulmaz saxlanmalıdır.

Onun sözlərinə görə, Azərbaycan 8 kənddən danışır, Ermənistan isə 32 kənddən, amma bu xəritələr hüquqi əsaslara əsaslanmalıdır və müzakirə olan xaritələrin hüquqi əsası olmalıdır.

Papoyan Əliyevin son bəyanatlara toxunaraq qeyd edib ki, bu, qeyri-konstruktiv bəyanatdır. Bunu qəbul etmək mümkün deyil. Çünki xəritəsiz istənilən həllin hüquqi problemi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 9 =