Ermənilərin ölkəmizə qayıtmaq perspektivi – Bitmiş oyunu yenidən başlatmaq?

Ermənilərin ölkəmizə qayıtmaq perspektivi – Bitmiş oyunu yenidən başlatmaq?

Son 200 ildə ilk dəfədir ki, “öz əlimiz-öz başımız” rejimində yaşaya bilərik. Ocağımızın başında düşmən yoxdur. Azərbaycanın bərəkətli süfrəsinin kənarına yığılmış bütün xalqlar dil, din, məzhəb ayrılığına baxmayaraq qardaşcasına yaşamaq imkanı əldə ediblər.

Əsrlərlə bu ortamı, düzəni pozanlar artıq çəpərin o üzündədir. Zaman-zaman qabarıb üzə çıxan, çox zaman isə altdan-altdan, gizli-gizli davam edən icmalararası münaqişə, nəhayət, öz kulminasiya nöqtəsinə çatıb və bitib.

İndi Göyçədə, İrəvanda, Vedidə Azərbaycan türkü qalmadığı kimi, Qarabağda, Gəncəbasarda da erməni qalmayıb. Bu, o deməkdir ki, mövcud status-kvo davam edərsə, bu iki xalqın lokal, sərhəddaxili toqquşması bir daha baş verməyəcək.

Mənfur Robert Köçaryan 15 il öncə “ermənilərlə azərbaycanlıların iç-içə yaşaması mümkün deyil, çünki etnik və mədəni uyuşmazlıq var” deyərkən bu günü nəzərdə tutmamışdı, amma haqlı çıxdı. O, bu uyuşmazlığı işğal etdikləri Qarabağ torpaqlarının əllərində qalacağı və Qarabağa azərbaycanlıların buraxılmayacağı perspektivini nəzərdə tutaraq demişdi. Amma əksinə oldu. Belə bir gerçəklik ortaya çıxdı ki, Qarabağda ermənilərə yer yoxdur.

İndi Köçəryan və vaxtilə onun kimi düşünən, müvafiq bəyanatlar verənlər cidd-cəhdlə sübut etməlidirlər ki, yox, ermənilərlə azərbaycanlıların iç-içə, dinc, yanaşı yaşamaları mümkündür, qoy ermənilər yenidən Qarabağa qayıtsınlar.

Ancaq iki əsrlik təcrübə ortaya çıxarıb ki, gerçəkdən də çox çətindir. (“Mümkün deyil” ifadəsi çox kateqorik səslənir). Olduqca çətindir. Çünki ölkəmizdə yaşayan digər xalqlarla, etnik azlıqlarla etnik çoxluğun arasında heç vaxt problem yaranmadığı halda, təkcə son bir əsrdə ermənilərlə üç dəfə qanlı müharibə yaşamışıq – 1905-ci ildə, 1918-ci ildə, 1988-ci ildən ta bu günlərə qədər.

Biz problemli xalq olsaydıq, ermənilərdən az olmayan digər etnik qruplarla da söz-söhbətimiz düşərdi. Onlar problemli xalqlar olsaydı, yenə də bir səs-səda çıxardı. Ancaq bütün qovğalar, ixtilaflar, intriqalar məhz ermənilərlə olub və həmişə də ilk daşı, ilk gülləni, ilk topu onlar atıblar, biz istəmədiyimiz halda münaqişəyə cəlb edilmişik.

İndi bir daha o cür durumlara düşməmək üçün yola gedə bilməyənlərin bir hasarın, sərhədin içində yox, onun ayrı-ayrı tərəflərində yaşaması lazımdır. Bu, bəlkə də zamanla iki dövlət arasındakı gərginliyi boşaldacaq, arada ticarət əlaqələri yaranacaq, iki xalqın bir-birinə sərt münasibətini yumşalacaq və s.

İç-içə yaşamaq halında isə intriqa, gərginlik, düşmənçilik davam edəcək. Bu, birmənalıdır.

Nə ermənilər öz xasiyyətlərini dəyişəndirlər, nə də biz o qədər faciədən, əzab-əziyyətdən sonra yenidən şirin dilə, xoş qılığa aldanaraq tələyə düşənik.

1988-2003-cü illər arasında başımıza gələn işlər, verdiyimiz ölçüyəgəlməz itkilər (igid-igid oğul-qızlar, məsum insanlar, qurulu şəhər və kəndlər, daha nələr) bizə birdəfəlik dərs olub.

O sovet dövründəydi, ayrı-ayrı nazirliklərin rəhbər postlarında, paytaxtın və Bakı rayonlarının icraiyyə komitələrində, iri müəssisələrin müdiriyyətində böyük sayda erməni kadrlar işləyirdi, əksər müdirlərin baş mühasibi, kadrlar şöbəsinin rəisləri, katibələri erməniydi. Onlar ticarət, xidmət, iaşə sektorunda kifayət qədər söz, nüfuz sahibiydilər. Bir sözlə, Bakı əllərində idi. Axırı da elə oldu.

Hələ ötən əsrin əvvəllərində neft iyinə gələrək 15-20 ilin içində Bahının neft sənayesini ələ keçirəm yadellilərin içində ən güclüləri ermənilər olub. Məhz onlar özləri ilə bərabər qohum-əqrəbalarını, həmkəndlilərini yığıb, gətirib, Bakıda məskunlaşdırıb, böyük icma əmələ gətiriblər. Düz 110 il öncə, 1914-cü ildə Bakının, müasir kriminal jarqonla desək, vəziyyətinə erməni qoçu dəstələri – “mauzerçilər” nəzarət edib. Şəhərin mərkəzində, Avropa üslublu evlərdə məhz onlar və digər yadellilər yaşayıb, azərbaycanlılar isə ucqarlara – Bayıla, Çəmbərəkəndə, neft çıxan kəndlərə sığınıblar. Tağıyev, Nağıyev, Əsədullayev kimi milli maqnatlar olmasa, Bakı tamam əldən gedəcəkmiş.

Bu tarixi gerçəkliklər bizüm üçün ibrət dərsi olmalıdır. Ona görə də bir daha özümüzü öz mərhəmətimizin, sıyıqlığımızın girovuna çevirə bilmərik.

Qoy hər bir etnik icma öz xalqının bağrında yaşasın, nə özünə, nə də başqalarına problem yaratmasın.

Erməniləri yenidən Qarabağa (sonradan isə Bakıya və digər şəhərlərimizə) qaytarmaq istəyən xarici dövlətlərə də başa salmaq lazımdır ki, bu, çətindir, çox çətindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =