Ermənistan Bakının konstitusiyanı dəyişmək tələbini rədd edib

Ermənistan Bakının konstitusiyanı dəyişmək tələbini rədd edib

İrəvan Bakının iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının və başqa hüquqi sənədlərin dəyişdirilməsini şərt kimi irəli sürməsini rədd edir.

Yayılan məlumata əsasən, bu məsələ Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təhlükəsizlik forumunda iki ölkənin vəzifəli rəsmiləri arasında mübahisəyə səbəb olub.

Xəbərdə deyilir ki, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, Bakı Ermənistanın Azərbaycana ərazi iddiaları ehtiva edən hüquqi sənədlərinə dair hələ də Yerevandan aydın cavab gözləyir.

Antalya forumunda Ermənistan parlamenti spikerinin müavini Ruben Rubinyan Hacıyevə cavab verərək deyib ki, konstitusiya və qanunvericilik ölkənin daxili işidir və bunun mümkün Ermənsitan-Azərbaycan sülh müqaviləsi ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Qeyd edək ki, Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =