Ermənistanla sülh müqaviləsi bu tarixədək imzalana bilər – Hikmət Hacıyev AÇIQLADI

Ermənistanla sülh müqaviləsi bu tarixədək imzalana bilər – Hikmət Hacıyev AÇIQLADI

Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlamağa ümid edir.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq – rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, – deyə o bildirib.

H.Hacıyev sözlərini belə davam etdirib: “Bura bizim daxili məsələlərimizi, məsələn, Qarabağdakı erməni etnik mənşəli vətəndaşlarımızla münasibətlərimizi bu əhali qrupunun hüquq və təhlükəsizliyini təmin etmək bəhanəsi ilə beynəlxalq platformalara çıxarmaq cəhdləri daxildir. Bunlar bizim vətəndaşlarımızdır və onların hüquqlarına, təhlükəsizliyinə Azərbaycan Konstitusiyası ilə təminat veriləcək”.

Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycanda separatizmi maliyyələşdirmək siyasətindən əl çəkməsi vacibdir. “Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 2 =