Əş-Şifa xəstəxanasının bombalanması nəticəsində 15 şəhid və onlarla yaralı var

Əş-Şifa xəstəxanasının bombalanması nəticəsində 15 şəhid və onlarla yaralı var

Qəzzanın Səhiyyə Nazirliyi sionist rejim qırıcılarının Qəzzanın müdafiəsiz xalqı və tibb heyətinə qarşı hücumlarının davamı olaraq cümə gecəsi (bu gecə) Əş-Şifa xəstəxanasını bombaladığını elan edib.

 Sionist rejim qırıcıları Əş-Şifa xəstəxanasını bombalayıblar, nəticədə 15 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Əl-Cəzirə kanalı Əş-Şifa xəstəxanasının direktoruna istinadən bu xəstəxananın ətrafındakı qətllərə işarə edərək, şəhidlər arasında tibbi qrupların və xilasedicilərin olduğunu bildirib.

Əş-Şifa xəstəxanasının rəhbəri onu da bildirib ki, bu xəstəxanada olan yaralılardan bəziləri şərait və xidmət çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Bununla əlaqədar Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin Əş-Şifa, Əl-Qüds və Əl-İndonezi xəstəxanalarının bombaladığını açıqlayıb.

Media bu gün, cümə günü, “Əl-Əqsa tufanı” döyüşünün 28-ci günündə işğalçı rejim qırıcılarının Qəzza zolağına havadan bombardmanlarının davam etməsi ilə fələstinli şəhidlərin sayının 9 min nəfəri keçdiyini açıqlayıb.

Qəzzanın havadan bombardmanı və dinc sakinlərin öldürülməsi ilə yanaşı, işğalçı rejim ordusu bu günə qədər Qəzza zolağında hərbi əməliyyatları irəlilətdiyini, əsgərlərinin itkilərinin artdığını iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 2 =