Estoniyanın baş naziri NATO-nun baş katibi vəzifəsini tutmağa hazır olduğunu bildirib

Estoniyanın baş naziri NATO-nun baş katibi vəzifəsini tutmağa hazır olduğunu bildirib

Estoniyanın baş naziri Kaja Kallas NATO-nun baş katibi postunu tutmağa hazır olduğunu açıqlayıb.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

POLITICO Müdafiə tədbirində Kallasdan NATO-nun baş katibi Yens Stoltenberqin getməsindən sonra bu vəzifəyə seçilmək istəyib-istəmədiyi soruşulub. O, “bəli” cavabını verib.

İyulun 4-də Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsində qalacağını təsdiqləyib. Bu qərar iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə rəsmən təsdiqlənib. Avropa KİV-ə görəi, buna səbəb Stoltenberqin yerinə namizədin müəyyənləşdirilməsinin çətinliyi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − two =