Eynəl Əsəd düşərgəsi yenə hədəfə tuş gəldi

Eynəl Əsəd düşərgəsi yenə hədəfə tuş gəldi

ABŞ-ın İraqda yerləşən Eynəl Əsəd düşərgəsi bir daha hücuma məruz qalıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraqın qərbində yerləşən Eynəl Əsəd düşərgəsi dəfələrlə İraq müqaviməti tərəfindən aviazərbələrə məruz qalır.

Eynəl Əsəd düşərgəsi İraqın qərbində Əl Ənbar vilayətində yerləşir və bu gün 2 dəfə hücuma məruz qalıb.

İraq müqavimət dəstələri işğalçı Amerikanın bu ölkədə və Suriyada qanunsuz düşərgələrini hədəfə almaqla ABŞ-ın sionist rejimə dəstəklərinə etiraz etməyi qarşıya məqsəd qoyub. İraq müqaviməti sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərə dəstək verdiyi üçün Amerika düşərgələrinə hücum edir.

Xatırladaq ki, İraq və Yəmənin müqavimət qrupları sionist İsrail rejiminin Qəzzədə müharibəni dayandırmadığı zamandək Tel Əvivə dəstəkçilər əleyhinə hücumlara davam etdirəcəklərini elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + three =