Fələstinə dəstək verdikləri üçün ABŞ-da 20 tələbə həbs edildi
Amerika mediaları Fələstinə dəstəkçi olan və bu ölkə universitetlərində oxuyan 20 tələbənin həbsindən xəbər verirlər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ötən 4 gün ərzində ABŞ-ın Braun Universitetinin 20 tələbəsi Fələstin xalqını müdafiə etdikləri üçün polis tərəfindən həbs edilib.
NBC portalı iddia edib ki, bu tələbələr universitet məkanında və həyətində aksiya keçirdikləri üçün tutulublar.Bu tələbələr Braun Universitetindən Qəzzədə atəşkəş bərqərar edilənədək bu cinayətlərə dəstək olan şirkətlərin sanksiya edilməsini tələb ediblər.