Fələstin informasiya qaynaqları Həmasın texnokrat hökumət təklifini qəbul etdiyindən yazır

Fələstin informasiya qaynaqları Həmasın texnokrat hökumət təklifini qəbul etdiyindən yazır

Ramullahdan Sky News Arabic portalına Həmasa Qətər tərəfindən Qəzzə müharibəsindən sonra texnokrat hökumət qurulması təklifinin təqdim edildiyi xəbəri verilib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu təklif Həmas tərəfindən qəbul edilsə də dövlət başçısı və nazirlər təyin edilməyib.

Səma İnformasiya Agentliyi yazır: Həmas bu təklifi 1967-ci il müqaviləsinə uyğun olma şərti ilə qəbul edib.

Qeyd edək ki, bu təklif Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas bu gün (13 fevral) Dohadan geri döndükdən sonra verilib.

Məlumata görə bu razılıq Səudiyyə Ərəbistanının məsuliyyəti ilə “Ərəb Prinsipləri” sənədi əsasında əldə edilib.

Ərəb prinsipləri isə 3 bənddən ibarətdir:

  1. Qəzzədə müharibənin dayandırılması və 2 dövlətin siyasi müzakirələri üçün şəraitin yaradılması
  2. Müharibədən sonra tesnokrat dvlət tərəfindən Qəzzənin yenidən inşa edilməsi
  3. Fələstində daxili vəziyyətin nəzarətə alınması, məsləhətləşmələrin təkmilləşdirilməsi və Həmasın Fələstin-Ərəb nəzəriyyəsi daxilində Fələstin Azadlıq Təşkilatına daxil olması.

Xatırladaq ki, texnokratiya – güc, elmi və texniki mütəxəssislərə məxsus olduğu meritrokratiya prinsipləri üzərində qurulmuş hpotetik cəmiyyət növüdür və bu terminə ilk dəfə – cəmiyyət idarəçiliyini insanların ayrı bir kateqoriyaya – bilik daşıyıcılarına, filosoflara köçürməyin faydalılığı ideyasına Platonun “Dövlət” əsərində rast gəlmək olar. Texnokratlar adətən peşə bilikləri sayəsində güc qazanan insanlara deyilir. Adətən iş adamları və ya siyasi partiyalar çərçivəsində seçilmiş insanlar əvəzinə xüsusi bilik və liderlik təcrübəsi olan elm adamları, mühəndislər və texnoloqlar nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =