Fələstin intifazəsi bütün döyüş meydanlarına çatıb və dayanmayacaq
Fələstinin İslami Cihad hərəkatı sionist rejimin Cenin düşərgəsində pilotsuz təyyarəsinin hücumu nəticəsində üç fələstinli müqavimət qüvvəsinin şəhadəti ilə bağlı bir bəyanat yayaraq reaksiya verib.
Mehr xəbər agentliyinin Fələstin Əl-Yəvm-ə istinadən verdiyi məlumata görə, Fələstin İslami Cihad hərəkatı bəyanat yayaraq elan edib ki, əgər sionist düşmən fələstinli döyüşçü və mücahidlərə sui-qəsd etməklə bütün döyüş meydanlarına yayılan bu intifazənin qarşısını ala biləcəyini zənn edərsə, çox yanılır.
Bu bəyanatın davamında vurğulanır: Sionist düşmənin pilotsuz təyyarələrdən istifadə edərək Fələstin qüvvələrinə qarşı sui-qəsd törətməsi təcavüzkarların məğlubiyyətini və onların fələstinlilərin artan müqaviməti ilə üzləşə bilməmələrini sübut edir.
Bu bəyanata əsasən, sionist rejim bu cür cinayətlər törətməklə müqavimət qüvvələrinin ayaqları altında tapdalanan və məhv edilmiş imicini bərpa etməyə çalışır. Bu hücum müqavimət qüvvələrinin Cenin düşərgəsində sionistləri pusquya saldığı və Nablusun İli qəsəbəsinin əməliyyatında sionistlərə ağır zərbə vurduğu bir vaxtda baş verib.
Dünən gecə Cenin Qüds Briqadaları verdiyi açıqlamada İsrailin pilotsuz təyyarəsin Cenin yaxınlığındakı bir bölgəyə hücumu nəticəsində 3 müqavimət döyüşçünün şəhid olması ilə bağlı başsağlığı verib.
Cənin Batalyonu bu 3 şəhidin adını açıqlayıb:
Cenin Batalyonunun səhra komandirlərindən biri Şəhid Suheyb Ədnan Əl-Ğul (27 yaş), Şəhid Əşrəf Murad Əs-Sədi (17 yaş) və Əl-Əqsa Şəhidləri Batalyonunun komandirlərindən olan şəhid Məhəmməd Bəşər Üveys (28 yaş).
Qeyd edək ki, sionist pilotsuz təyyarəsinin Cenin şəhərinin şimalında yerləşən “Əl-Cəlmə” keçid məntəqəsi yaxınlığında avtomobilə hücumu zamanı Fələstin müqavimət qüvvələrinin 3 üzvü şəhid olub.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim bəyanat yayaraq, sionist düşmən ordusunun fələstinli gəncləri qətlə yetirmək üçün pilotsuz təyyarələrdən istifadə etməsinin təhlükəli bir hərəkət olduğunu və tezliklə Fələstin xalqının və müqavimətin sarsıdıcı reaksiyası ilə qarşılaşacağını açıqlayıb.