Fələstin müqavimət qrupları Sədiruta və sionist yaşayış məntəqələrinə raket hücum həyata keçirib

Fələstin müqavimət qrupları Sədiruta və sionist yaşayış məntəqələrinə raket hücum həyata keçirib

Fələstin müqaviməti Qəzza ətrafındakı sionist yaşayış məntəqələrini, o cümlədən “Sədirut” və “Niram”ı atəşə tutub.

Mehr Xəbər Agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, Qüds qüvvələri işğal altındakı Sədirutşəhəri və Qəzza zolağı ətrafındakı bəzi sionist yaşayış məntəqələrini raketlərlə hədəfə alıb.

Bu hücumdan sonra işğal olunmuş Fələstinin cənubundakı bölgələrdə həyəcan siqnalı verilib.

Sionist Ordunun Radiosu sionist ordusunun qüvvə və hərbi texnikasının Qəzzə ətrafının Sədirut, Əvivim və Niram şəhərləri ətrafında ağır raket hücumları ilə hədəfə alındığını elan edib.

Bu hücum sionist rejimin Qəzzanın yaşayış məntəqələrinə qarşı davamlı cinayətinə cavab olaraq həyata keçirilir.

Həmçinin, bu gün (bazar ertəsi) Qəssam batalyonlarının mücahidləri Qəzza zolağının cənubunda, Xan Yunisin şərqindəki tunelə yaxınlaşan sionist ordusunun piyada qüvvələri arasında piyada əleyhinə minanı partladıblar.

Qeyd edək ki, Fələstin müqavimət qüvvələri 7 oktyabr 2023-cü il şənbə günü Qəzzadan (Fələstinin cənubu) işğalçı Qüds rejiminin mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb.

Qəzza müharibəsi 100-cü gününə qədəm qoydu, bir çox analitiklər hesab edir ki, İsrail rejimi bu qeyri-bərabər müharibədə ABŞ və müttəfiqlərinin hərtərəfli dəstəyinə baxmayaraq, müdafiəsiz insanların və əksəriyyəti qadın və uşaqlar olan mülki əhalinin öldürülməsi istisna olmaqla, heç bir məqsədinə çatmayıb.

Sionist rejimin bu müddət ərzində yeganə nailiyyəti 23 mindən çox insanın soyqırımı və şəhadəti, 60 mindən çoxunun isə yaralanmasıdır.

Nəticədə sionistlər qlobal reaksiyalarla üzləşmiş və yüzdən çox ölkə etiraz dalğasına qoşulmuşdur.

Digər tərəfdən, Fələstin müqavimət qüvvələri bu müddət ərzində sionist ordusuna çoxlu itki və tələfat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =