Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 206 əməliyyat keçirib

Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 206 əməliyyat keçirib

Xəbər mənbələri şənbə günü səhər xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri son bir həftə ərzində İordan çayının qərb sahilində sionistlərə qarşı 206 əməliyyat keçirib.

İRNA-nın Şahab Fələstin Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, “Muti” Fələstin Statistika və İnformasiya Mərkəzi İordan çayının qərb sahilindəki Fələstin müqavimət qüvvələrinin son bir həftə ərzində sionistlərə qarşı 206 əməliyyat keçirdiyini elan edib.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə güllə və partlayıcı maddələr ataraq onlarla qarşı-qarşıya gəliblər.

Bu hesabat əlavə edir ki, son bir həftə ərzində üç fələstinli sionist əsgərlər tərəfindən Tulkərim, Yerixo və Tubasda şəhid olub.

Həmçinin, Fələstin müqavimət qüvvələrinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki əməliyyatlarında 9 sionist yaralanıb.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz şərait yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 12 =