Fələstin müqaviməti Sedorot qəsəbəsinə raketlərlə hücum etdi

Fələstin müqaviməti Sedorot qəsəbəsinə raketlərlə hücum etdi

Sionist rejim mediaları Fələstin müqavimətinin Qəzzə tərəfdən Sedorot qəsəbəsinə 14 raket atmasından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, media qaynaqları atılan raketlərdən təkcə 5-nin raketdən müdafiə sistemi vasitəsilə kontrol edildiyini elan edərək Sedorota 9 raketin düşdüyünü təsdiqləyirlər.

Bundan əvvəl də Qəzzə zolağının şimal qəsəbələri olan Sedorot və Ouyim şəhərciklərində təhlükə siqnallarının işə düşməsi barədə xəbərlər yayılmışdı.

Müqavimət qruplarının Əl Qüds batalyonları da bu xəbəri təsdiqləyiblər.

7 oktyabr Qəzzə müharibəsi başlandıqdan sonra sionist rejim cinayətlərinə etiraz olaraq Livan Hizbullahı işğalçı rejimlə mübarizə məqsədilə minlərlə raket atıb. Digər tərəfdənsə Yəmən Qırmızı dənizdə məqsədi İsrail olan gəmilərin qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =