Fələstin müqavimətinin Qəzzada yeni raket sınağı

Fələstin müqavimətinin Qəzzada yeni raket sınağı

Qəzzadakı Fələstin müqaviməti hərbi imkanlarını artırmaq üçün yeni raket sınağı keçirib.

Mehr Xəbər Agentliyinin Şahab News-a istinadən verdiyi məlumata görə, bu gün, bazar günü Qəzzada Fələstin müqaviməti yeni raket sınağı keçirib.

Bu hesabata görə, Fələstin müqaviməti hərbi və raket imkanlarını təkmilləşdirmək üçün Qəzza zolağının cənubundan dənizə doğru raket atıb.

Fələstin müqaviməti sionist rejimin Qəzzə zolağına qarşı istənilən təcavüzünə cavab verməyə daim hazır olması istiqamətində fəaliyyətini davam etdirir və hərbi imkanlarını gücləndirir.

Ötən cümə axşamı Fələstin müqavimətinin raket gücünü inkişaf etdirmək çərçivəsində dənizə doğru onlarla uzaqmənzilli raket atılmışdı.

Media mənbələri bildirib ki, müqavimət qüvvələri ötən cümə axşamı uzaqmənzilli raketləri sınaqdan keçirmək üçün həyata keçirdiyi təlim zamanı dənizə doğru 50-dən çox raket atıb, onlardan bəziləri “Əyaş 250” raketi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 9 =