Fələstin müqavimətinin Qəzzada yeni raket sınağı

Fələstin müqavimətinin Qəzzada yeni raket sınağı

Fələstin müqaviməti öz raket gücünün inkişafı istiqamətində Qəzzada yeni raket sınağı həyata keçirdiyini açıqlayıb.

 Fələstin müqaviməti raket qabiliyyətini inkişaf etdirmək üçün cümə axşamı günü dənizə doğru onlarla uzaqmənzilli raket atdığını bildirib.

Qeyd edək ki, Fələstin müqaviməti raket gücünü inkişaf etdirmək üçün vaxtaşırı raket sınaqları keçirir.

Fələstin müqavimətinin uzaq mənzilli raket manevrinin həyata keçirilməsinə toxunan “Fələstin Əl-Yəvm” kanalı müqavimətin dənizə doğru “Əyaş 250” raketi olmaqla 50-dən çox raket atdığını əlavə edib.

Müqavimət qüvvələrinin vaxtaşırı sahil-dəniz raketləri sınaqlarının təsiri o dərəcədədir ki, 2022-ci ilin avqustunda Qəzzada “Meydanların vəhdəti” adlı üç günlük döyüşdə sionist rejimin hərbi gəmiləri “Sərayəl- Qüds” müqavimət qrupunun (İslami Cihadın hərbi qolu) sahil-dəniz raketlərindən istifadə edəcəyindən qorxaraq müharibədə iştirak etmədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 6 =