Fələstin nümayəndəsi: Evlərin sökülməsi Fələstin xalqının müqavimətini dayandıra bilməz
Fələstin parlamentinin üzvü müqavimət əməliyyatlarının işğalçı rejimin Fələstin xalqını çəkindirməkdə uğursuzluğunu sübut etdiyini vurğulayıb.
Fələstin parlamentinin üzvü Fəthi Qəravi bildirib ki, fələstinlilərin evlərinin dağıdılması siyasəti yeni bir şey deyil və hər hansı müqavimət əməliyyatından sonra işğalçı rejimin çəkindirici cəzalarından biridir.
Çərşənbə axşamı (dünən) sionist qüvvələr HƏMAS-ın hərbi qolu olan Kətaibəl-Qəssamın üzvü şəhid Əbdülfəttah Xuruşenin evini partladıblar. Xuruşe iki sionistin öldürüldüyü Həvara şəhadət əməliyyatının icraçısı idi.
Qəravi bildirib ki, evlərin dağıdılması işğalçı rejimin fələstinlilərin müqavimət göstərməsinə mane olmağa çalışdığı sərt cəzalardan biridir.
“Şahab News” saytının məlumatına görə, təcrübə göstərib ki, fələstinliləri çəkindirmək üçün evlərin sökülməsi siyasəti iflasa uğrayıb və bunun səbəbi müqavimət əməliyyatlarının təkrarlanması və fələstinlilərin işğalçı rejimin mümkün hərəkətlərinə etinasız olmasıdır.
Bununla əlaqədar olaraq, HƏMAS hərəkatı da vurğulayıb ki, sionist rejimin fələstinli döyüşçülərin, şəhid ailələrinin və məhbusların evlərini partlatmağı davam etdirməkdə israr etməsi müqaviməti susdurmaqda və xalqın ruhuna təsir etməkdə uğursuzluğu sübut edilmiş bir siyasətdir.
Məscidül-Əqsanın müdafiəsi üçün döyüşən fələstinli qəhrəman övladlar bu cinayətə cavab vermənin yolunu bilirlər.
Bu hərəkat həmçinin vurğulayıb ki, bu yeni cinayət İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdəki fələstinliləri qurbanlara sadiq olmaq, işğalçı rejim və onun mühacirlərini çəkindirmək üçün müqavimət və qəhrəmanlıq əməliyyatlarını gücləndirməyə sövq edir.