Fələstin rəsmisi: İslam ümməti sionistlərlə kompromisləri rədd etməlidir

Fələstin rəsmisi: İslam ümməti sionistlərlə kompromisləri rədd etməlidir

Fələstin Qanunvericilik Şurasının sədr müavini sionistlərin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa çalışması xəbərinə cavab olaraq deyib ki, bu məsələ Məscidül-Əqsa şəhidlərinin qanına xəyanətdir.

HƏMAS hərəkatının liderlərindən biri və Fələstin Qanunvericilik Məclisinin sədr müavini Əhməd Bəhr bu cümə axşamı günortadan sonra vurğulayıb ki, bu ölkə xalqının sionist rejimə qarşı intifazəsi davam edir.

Şahab xəbər agentliyi Bəhr-ə istinadən xəbər verir ki, bu intifazənin məqsədi Məscidül-Əqsaya kömək etmək və yəhudiləşdirmənin bütün planlarına qarşı çıxmaqdır və müqavimət sionist rejimi qovmaq və müqəddəs yerləri azad etmək üçün yeganə yoldur.

O, Məscidül-Əqsanın müsəlmanlar üçün dini rəmz olduğunu bildirib və sözlərinə belə davam edib: Bu məscid parçalana bilməz və sionist rejimin onun heç bir hissəsi üzərində hökmranlığı yoxdur.

Bu Fələstin rəsmisi islam və ərəb xalqlarından sionistlərin islami müqəddəs məkanlara qarşı faşist dini müharibəsinin artan təhlükəsi əleyhinə ümumi səfərbərlik elan etmələrini istəyib.

Sionistlərlə münasibətlərin normallaşdırılmasını Məscidül-Əqsanın müdafiəsi uğrunda döyüşdə şəhidlərin tökdüyü qana xəyanət hesab edən Bəhr Səudiyyə Ərəbistanının sionistlərlə güzəştə getməsi xəbərinə cavab verib və vurğulayıb: Normallaşma İsraili Məscidül-Əqsaya təcavüzlərini artırmağa təşviq edir və bu səbəbdən İslam ümməti normallaşma və normallaşdırıcılardan əl çəkməlidir.

Bu günlərdə ABŞ-ın sionistlərlə Səudiyyə Ərəbistanını barışdırmağa çalışması ilə bağlı duyumlar alınır, lakin son xəbərlər ABŞ və Netanyahu hökumətinin Ər-Riyadın tələblərini yerinə yetirməməsi səbəbindən danışıqların dayandığını göstərir.

 “Jerusalem Post” qəzeti Ər-Riyadın Netanyahu rejimi ilə sülh danışıqlarını dayandırmaq qərarını açıqlayıb. Təl-Əvivin “İbrahim paktı” adlandırılan müqaviləni canlandırmaq istəyinə baxmayaraq, o, Səudiyyə Ərəbistanına və müstəqil Fələstin dövlətinə strateji güzəştlər verməkdə maraqlı görünmür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − seventeen =