Fələstin Xalq Cəbhəsi: Qəzzə xalqının soyqırımı bəşəriyyətin qara ləkəsidir

Fələstin Xalq Cəbhəsi: Qəzzə xalqının soyqırımı bəşəriyyətin qara ləkəsidir

Fələstin Xalq Cəbhəsi bu gün (1 yanvar) bəyanat yayaraq elan edib ki, Qəzzə xalqının sionistlər tərəfindən soyqırım edilməsi bütün bəşəriyyət üçün rüsvayçılıqdır.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, FXC-nin bəyanatında deyilir: Yeni milad təqvimi daxil olsa da sionist rejimin cinayətləri müqabilində bizim də mübarizəmiz davam edir. Amma bu cinayətlər bəşəriyyət tarixində ən böyük qara ləkə və xalqımız əleyinə ən böyük ədalətsizliyin göstəricisidir.

FXC-si həmçinin Yəmən dənisz qüvvələrindən bir neçə hərbçisinin şəhid olmasına da münasibət bildirərək deyib: Biz düşmən ABŞ-a müqavimət göstərən Yəmən dəniz qüvvələrinin şəhidlərinin də matəmini saxlayırıq və  işğalçıların məqsədlərinə heç vaxt çata bilməyəcəklərinə əminik.

Bəyanatın sonunda deyilir: Sionist rejimin xülyaları belə puça çıxacaq. Çünki Fələstin xalqı bu fədakarlıqlardan sonra nə geri çəkiləcək, nə də təslim olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 7 =