Fələstin xalqı heç vaxt düşmənin planlarına təslim olmayacaq

Fələstin xalqı heç vaxt düşmənin planlarına təslim olmayacaq

Həmas hərəkatının rəhbərlərindən olan Üsamə Həmdan dünən gecə deyibdir ki, müqavimət işğalçılarla qarşılaşmağa hazırdır və Fələstin xalqı heç vaxt düşmənin planlarına təslim olmayacaq.

Benyamin Netanyahu və onun cinayətkar hökuməti Qəzzədəki məqsədlərini reallaşdıra bilməyəcəklər- deyən Həmdan bildiribdir ki, müqavimət tam sağlam vəziyyətdədir və «Əl-Əqsa Tufanı» əməliyyatıni qüdrət və inamla idarə edir.

Bu müharibənin əsas məqsədi, Fələstin xalqına qarşı soyqırımı və bu xalqın məhv edilməsidir- deyən Həmas üzvü əlavə edib: Sionist düşmən didərginlərin məskunlaşdıqları mərkəzlərdə mülkilərə işgəncə verir.

Həmas-ın baş üzvü qeyd edibdir ki: Qəzzə zolağındakı əlli beş xəstəxana sıradan çıxıb və yalnız dörd xəstəxana fəaliyyətini davam etdirir.

O, həmçinin qeyd edibdir ki, Qəzzə müharibəsində altmış mindən çox fələstinli şəhid olub və yaralanıbdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =