Fələstində koronavirusdan ölənlərin sayı artıb
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, daha 29 fələstinli dünən gecə koronavirus xəstəliyinə görə həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyi Ramallahda bir gecədə daha 29 fələstinlinin koronavirusa yoluxmadan öldüyünü açıqlayıb.
Nazirlik, daha 2193 fələstinlinin Qəzza zolağı və İordan çayının qərb sahilində bu virusa yoluxduğunu bildirərək, onlardan 187 nəfərin reanimasiya şöbəsində yerləşdirildiyini və vəziyyətlərinin ağır olduğunu vurğulayıb.
Məlumata görə, Fələstində bu günə qədər koronavirus xəstəliyindən əziyyət çəkənlərin ümumi sayı 243479 nəfərə, ölənlərin sayı isə 2590 nəfərə çatıb.