Fələstinin baş naziri Qəzza ilə bütün keçid məntəqələrinin açılmasını istəyib

Fələstinin baş naziri Qəzza ilə bütün keçid məntəqələrinin açılmasını istəyib

Fələstinin baş naziri Mohammed Ştayye çərşənbə axşamı Ramallahda Norveçin Yaxın Şərq sülh prosesi üzrə xüsusi nümayəndəsi Hilda Haraldstad ilə Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.

Bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. 

Ştayye söhbət zamanı deyib: “Prioritetlər Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü dayandırmaq, onlara yardım çatdırmaq, fələstinlilərin köçkünlük həyatının və onların torpaqlarının işğalının qarşısını almaq, Qəzza zolağı ilə bağlı bütün keçid məntəqələrini açmaq, elektrik enerjisini, su təchizatı bərpa etmək, işğalçı ordunun və yəhudi məskunlaşmalarının Qüds də daxil olmaqla İordan çayının qərb sahilində Fələstin xalqına qarşı bütün pozuntularını və hücumlarını dayandırmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − three =