Fələstinli məhbusların azad edilməsindən əvvəl sionistlər Ramullahın qərbinə hücum edib – Video
Fələstin Qızıl Aypara Təşkilatı İsrail işğalçı qüvvələrinin Ramullahın qərbindəki Ofer həbsxanası qarşısında fələstinlilərə atəş açması nəticəsində 5 nəfərin yaralandığını və onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Müvəqqəti sionist rejimin əsgərləri İordan çayının qərb sahilində Ramullahın qərbində yerləşən Beytoniya şəhərində azad edilmiş məhbusların 6-cı karvanının gəlişini gözləyən fələstinlilərə hücum edib.
Fələstin mediası cümə axşamı səhər xəbər verib ki, terrorçu sionistlər də Tulkərəm düşərgəsinə hücum ediblər və fələstinli döyüşçülər orada onlarla döyüşüblər.
“Şahab” xəbər agentliyi Tulkərəmə edilən hücumlara və sonra baş verən silahlı qarşıdurmaya və ard-arda törədilən partlayışlara istinad edərək bu rejimin buldozerinin bu ərazinin infrastrukturunu dağıtmağa başladığını bildirib.
Bir neçə dəqiqə sonra “Əl-Məyadin” kanalının müxbiri bildirib ki, müqavimət döyüşçüləri sionist ordusunun bu buldozerini güclü partlayıcı qurğu ilə hədəfə alıblar.
Həmçinin bildirilir ki, işğalçı terrorçular İordan çayının qərb sahilinin şimalındakı Tulkərəm şəhərində Şəhid Sabit xəstəxanasını mühasirəyə alıblar.
Sionist rejim və HƏMAS arasında əsir mübadiləsinin altıncı mərhələsi Qəzza zolağında müvəqqəti atəşkəsin son günü, cümə axşamı səhəri 30 fələstinli əsirin 10 sionist əsirlə dəyişdirilməsi ilə həyata keçirilib.
Bazar ertəsi gecəsi, noyabrın 27-də, ilk atəşkəsin dördüncü günündə, Fələstin və İsrail tərəfləri Qəzza zolağındakı razılaşmanı əvvəlki şərtlərlə, yəni sahədə atəşkəs, məhbusların sayı və mübadiləsi və humanitar yardımın gəlməsi ilə iki gün daha uzatmaq barədə razılığa gəliblər.