Fələstinli qruplar: Sionistlərin Cenin cinayətinə sərt cavab verəcəyik

Fələstinli qruplar: Sionistlərin Cenin cinayətinə sərt cavab verəcəyik

Fələstin müqavimət qrupları Cenində üç fələstinli döyüşçünün öldürülməsinin Fələstin xalqına qarşı cinayət olduğunu və düşmənin bunun əvəzini ağır ödəyəcəyini vurğulayıb.

Bu bazar günü axşam Cenin şəhərində İsrail əsgərləri birbaşa Fələstin avtomobilinə atəş açaraq 3 nəfəri öldürüblər.

İslami Cihad Hərəkatının sözçüsü Tariq Səlmi bildirib ki, Cenindəki işğal rejiminin cinayəti Fələstin millətinə qarşı cinayətdir və Sərayəl-Qüds döyüşçülərinin qanını yerdə qoymayacaq.

O bildirib ki, müqavimət Fələstin xalqının yolu və seçimidir və düşmənin bu cinayətləri heç vaxt müqaviməti zəiflətməyəcək, əksinə onun gücünü, mübarizə və qarşıdurma əzmini artıracaq.

Fələstin Əl-Yəvm kanalının məlumatına əsasən, HƏMAS hərəkatının sözçüsü Hazım Qasim də sionist düşmənin Fələstin xalqına qarşı təcavüz və terrorunun davamı olan bu üç döyüşçünü qətlə yetirməklə yeni cinayət törətdiyini vurğulayıb.

O deyib: İşğalçı rejim öz cinayətlərinin əvəzini ödəyəcək və Fələstin xalqı və onun qəhrəman döyüşçüləri heç vaxt bu rejimin bədəl ödəməkdən xilas olmasına imkan verməyəcəklər.

Qasim əlavə edib: Sionist rejimin bu təcavüzləri işğalçı rejimlə qarşıdurma üçün milli planın hazırlanmasında ciddi addımlar atmağı və mühacirlər kabinetinin anti-terror planına qarşı kollektiv iştirakı tələb edir.

Fələstin Xalq Müqavimət Komitələri də bu şəhidlərin qanının heç vaxt hədər getməyəcəyini, əksinə cinayətkar düşmənə qarşı inqilab və müqavimət atəşini alovlandıracağını vurğulayıblar.

Bu komitələr təkid edib: Sionistlərin Fələstin xalqına qarşı törətdiyi qətl və terror cinayətləri heç vaxt azad və inqilabçı gənclərin müqavimət, sabitlik və iradəsini qıra bilməyəcək.

Qəzzədəki Fəth hərəkatının sözçüsü “Münzer Əl-Hayik” də bu üç fələstinli döyüşçünün öldürülməsini sionist terrorçular kabinetinin dünyanın gözü qarşısında etdiyi cinayət və qorxaqlıq adlandırıb.

O, beynəlxalq ictimaiyyətin Fələstin xalqına dəstək verməməsinin işğalçı rejimin terror siyasətlərini davam etdirməsi üçün yaşıl işıq olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eight =