Fələstinlilər ABŞ dövlət katibinə etiraz etdilər
Fələstinlilər prezident Mahmud Abbasla görüşmək üçün işğal altındakı İordan çayının qərb sahilinə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenə etiraz ediblər. Nümayişçilər Fələstin prezidenti Abbas və Blinkenin görüşməsi planlaşdırılan Prezidentlik binasına doğru yürüş etmək istəyiblər, lakin Fələstin təhlükəsizlik qüvvələri buna icazə verməyib.