“Fələstinlilərin ölümləri ürəyimi parçalayır?!” – İsrail prezidenti
İsrail prezidenti İsaak Hersoq Qəzzada ölənlərə görə təəssüfləndiyini, lakin öz xalqının müdafiəsini əsas prioriteti hesab etdiyini bildirib.
O, bu barədə “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Fələstinlilərin ölümləri ürəyimi parçalayır. Amma mən həmişə qeyd edirəm ki, xalqımızı qorumaq üçün ilk növbədə təhlükəsizliyi təmin etməliyik”, – Hersoq xatırladıb.
Onun sözlərinə görə, İsrail Qəzza zolağında xəstəxana binaları yaxınlığında əməliyyatları son dərəcə ehtiyatla aparır və anklavda mülki əhalinin müdafiəsini təmin etməyə çalışır.
“Biz onları [əməliyyatları son dərəcə və diqqətlə həyata keçiririk. İsrail anklavdakı mülki insanları qorumaq üçün hər cür cəhd edir”, – deyə İsrail prezidenti vurğulayıb.