Fələstinlilərin Ramullahdakı Almaniya səfirliyi qarşısında nümayişləri

Fələstinlilərin Ramullahdakı Almaniya səfirliyi qarşısında nümayişləri

 Fələstinlilər Almaniyanın sionist cinayətlərini dəstəkləməsinə etiraz olaraq ölkənin Ramullahdakı səfirliyi qarşısında etiraz yürüşü keçiriblər.

İRNA-nın Əl-Məyadin şəbəkəsiə istinadən verdiyi məlumata görə, İordan çayının qərb sahilində vətəndaşlar və siyasi hərəkatlar bu gün (şənbə) bu ölkənin Ramullahdakı səfirliyi qarşısına toplaşaraq, Almaniyanın Qəzzada günahsız insanların öldürülməsində sionist rejimə dəstəyinə etiraz ediblər.

Bu nümayişin iştirakçıları Almaniyanın sionist cinayətkarlara dəstəyinin dayandırılmasını tələb ediblər.

İslami Cihad hərəkatı öz bəyanatında Fələstin xalqının sionist rejim tərəfindən Amerika, Almaniya və digər Qərb ölkələrinin təmin etdiyi sursatla qətlə yetirilməsini pisləyib.

“Əqsa tufanı” əməliyyatının səkkizinci günə daxil olması və müqavimət döyüşçülərinin sionist rejimlə döyüşdə unikal qələbələr əldə etməsindən sonra, Tel-Əviv rəhbərlərinin əmri ilə saxta sionist rejimin bombardmançıları yaşayış məntəqələrinə, tibb mərkəzlərinə, məscidlərə dəlicəsinə hücum etdilər və Qəzzada fələstinli qaçqınların toplaşdığı yerləri bombaladılar.

İşğal olunmuş ərazilərdə müqavimət əməliyyatlarını dayandırmaq cəhdləri indiyədək nəticəsiz qalmış sionist rejim və bu rejimin rəhbərləri hələ də Fələstin müqavimətinin onları uğratdığı misilsiz məğlubiyyətinin şokundadırlar.

Onlar fələstinli mülki vətəndaşları hədəf almağa davam edir və Qəzzanı yandırılmış torpağa çevirərək fələstinlilərin məcburi köçürülməsinə çalışırlar.

İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Fələstinin Səhiyyə Nazirliyi Qəzzada şəhidlərin sayının 2215-ə, yaralıların sayının isə 8714-ə yüksəldiyini açıqlayıb.

Həmçinin, Fələstin Səhiyyə Nazirliyi bu gün İordan çayının qərb sahilində şəhidlərin sayının 54-ə çatdığını, yaralıların sayının isə 1100-dən çox olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 2 =