Fərhan Haq: İsrail vətəndaşları BMT-nin humanitar yükünün bir hissəsini məhv ediblər

Fərhan Haq: İsrail vətəndaşları BMT-nin humanitar yükünün bir hissəsini məhv ediblər

İordan çayının Qərb sahilində naməlum İsrail vətəndaşları BMT-nin Ümumdünya Ərzaq Proqramına (WFP) məxsus karvanın yükünün bir hissəsini məhv ediblər.

Bu barədə dünya təşkilatının daimi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə bildirib.

Onun sözlərinə görə, insident çərşənbə günü baş verib, yük maşınlarında ərzaq olub:

“İordan çayının Qərb sahilində İsrail vətəndaşları konvoyun yüklərinin bir hissəsini boşaldaraq məhv ediblər”.

Karvan Qəzza zolağına daxil olduqdan sonra daha bir insident yaşanıb.

“Qəzzada BMT obyektlərinə doğru gedən yardım maşınları silahlı şəxslər tərəfindən boşaldılması nəzərdə tutulmayan ərazilərə yönləndirilib. BMT yerli iqtidar orqanları ilə anlaşılmazlığı aradan qaldırıb. Bütün yük maşınları Qəzzanın şimalında BMT-nin təyin etdiyi ərazilərə çatıb, yardım paylanması davam edir”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 3 =