Fələstin müqavimətinin minaatan hücumları davam edir

Fələstin müqavimətinin minaatan hücumları davam edir

Fələstin müqavimət qrupları Qəzza zolağında İsrail əsgərlərinə və silahlara minaatan hücumları təşkil etdiyini bildirib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, bir tərəfdən Əqsa tufanı əməliyyatının başlamasından 157 gün keçməsinə, digər tərəfdən isə sionist rejimin Qəzzə zolağına vəhşicəsinə hücumlarına baxmayaraq, fələstinlilərin Qəzza zolağında sionist rejimin əsgərləri və silahlarına qarşı müqavimət əməliyyatları hələ də davam edir.

Qüds Batalyonları (Fələstin İslami Cihad Hərəkatının hərbi qolu) elan edib ki, bu batalyonların döyüşçüləri Qəzzə şəhərinin cənubunda sionist rejim ordusunun komandanlıq və nəzarət qərargahını minaatan hücumu ilə hədəfə alıblar.

Bundan əlavə, Qüds batalyonlarının döyüşçüləri və “Şəhid Ömər Əl-Qasim” qruplaşmalarının döyüşçüləri birgə əməliyyatda sionist rejim əsgərlərinin “Əz-Zeytun” qəsəbəsinin cənubundakı “Bekron” qülləsi ətrafındakı mövqelərini iri çaplı minaatanlarla hədəfə alıblar.

 “Şuhədaəl-Əqsa” batalyonları həmçinin Qəzza şəhərinin cənub-şərqində yerləşən Əz-Zeytun qəsəbəsində sionist rejim ordusunun əsgərləri və silahlarını minaatanlardan atəşə tutduqlarını xəbər veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =