Fələstin üçün İsrail-Amerika-Ərəb tələsi ilə bağlı xəbərdarlıq

Fələstin üçün İsrail-Amerika-Ərəb tələsi ilə bağlı xəbərdarlıq

 Tanınmış ərəb analitiki ərəb hakimlərinin Fələstin xalqını dəstəkləmək üçün heç bir addım atmadığını və yalnız öz mənafelərini düşündüyünü bildirərək, Qahirə sammitinin fələstinlilərə heç bir fayda vermədiyini və Amerika-Sionist-Ərəb tələsinə düşməmək üçün diqqətli olmaları lazım olduğunu vurğulayıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,   Əbdül Bari Ətvan dünən (4 mart) Qahirədə keçirilən ərəb sammiti  barədə deyib: Qəzza zolağının yenidən qurulması layihəsinə prioritet vermək və Qəzzanın qısa müddətdə yenidən qurulması layihəsini müzakirə etmək, Ərəb sammitinin yekun bəyanatında qeyd olunan bu zolaq əhalisinin yerdəyişməməsi yaxşı məqam olsa da, prioritetləri pozur və digər mühüm məsələlərə məhəl qoymur.

Ətvan davam edib: İşğalçılar Qəzzə xalqına qarşı aclıq müharibəsi yolu ilə son iki gündə, mübarək Ramazan ayının başlanmasına təsadüf edən bölgəyə humanitar yardımın daxil olmasını dayandıraraq  qəsdən Qahirədə keçirilən ərəb sammitini, onun iştirakçılarını və hətta onun boykotorlarını təhqir ediblər.  Qəzzə xalqının ac qalması sionist rejim və onun amerikalı himayədarının ərəb rejimlərinə açıq-aşkar təhqiri əslində onlar üçün rüsvayçılıqdır. Çünki onlar ərəb hökmdarlarının bu təhqirlərə heç vaxt cavab verməyəcəklərinə əmindirlər. Ərəblər təmtəraqlı süfrələr açır, amma qəzzalıların iftar etməyə bir tikə çörəyi belə yoxdur.

Məqalədə həmçinin deyilir: Qəzza zolağının daxilindən gələn xəbərlər oradakı 2 milyon insanın aclıqdan öləcəyi ilə bağlı artan narahatlıq və qorxudan xəbər verir; Yəni sionist düşmənin Qəzzaya humanitar yardım aparan yük maşınları üçün bütün keçidləri bağladığı və malların qiymətlərinin 200 faiz artdığı yerdir. Sionist rejim dəbdəbəli süfrələrdə əyləşən ərəblərin gözü önündə fələstinliləri öldürmək üçün aclıqdan silah kimi istifadə edir. Bu ərəblərin necə belə məclislər keçirib, bu masalarda otura biləcəyini həqiqətən də bilmirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 4 =