Ficinin cənub sahilində güclü zəlzələ olub

Ficinin cənub sahilində güclü zəlzələ olub

Fici arxipelaqının cənub sahilində 5,9 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Geoelm Avstraliya agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Viti Levu adasından (580 min nəfərdən çox əhali) 600 km aralıda yerləşib. Zəlzələnin ocağı 530 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 14:49 (Bakı vaxtı ilə 06:49-da) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə elan olmayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =