Fillər bir-birlərini adları ilə çağırırlar

 Fillər bir-birlərini adları ilə çağırırlar

Tədqiqatçılar Afrika savanna fillərinin insanlara xas səslər çıxardığını və qarşı tərəfin buna reaksiya verdiyini müəyyənləşdiriblər.

Bu məqalə BioRxiv preprint serverində dərc edilib.

Başqa sözlə, tədqiqata görə, fillər sanki bir-birini adla çağırırlar.

Yeni araşdırmada elm adamları Keniyanın şimalındakı Böyük Samburu Ekosistemində fillərin 527 və Keniyanın cənubundakı Amboseli Milli Parkında isə 98 çağırışını qeydə alıblar. Daha sonra tədqiqatçılar dişi fil qruplarının üzvlərinin  hər səs siqnalı zamanı sürüdən uzaqlaşdığını müəyyən edərək, 119 fərd üçün hansı səslərin xarakterik olduğunu təyin ediblər.

Alimlər deyirlər ki, bu, intellektli heyvanların necə ünsiyyət qurduğunu anlamaqda irəliyə doğru bir addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =