Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya şimal-qərb sərhədlərinin müdafiəsini gücləndirir
“Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya ordusu şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb”.
Bu barədə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Andrey Demin deyib.
“Finlandiya NATO blokuna qoşuldu. İsveç alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhlükənin artması səbəbi ilə dövlət sərhədinin mühafizəsi məsələləri üzərində işləyir”, – deyə Demin qeyd edib.
Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub.
Mənbə: RBC-Ukrayna