Finlandiya Qəzzaya maliyyə vəsaitinin ayrılmasını bərpa edib

Finlandiya Qəzzaya maliyyə vəsaitinin ayrılmasını bərpa edib

Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) maliyyələşdirməyə davam edir, ümumi maliyyə vəsaitinin 10 faizini təşkilatın monitorinqi üçün istifadə olunacaq.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Finlandiya yanvarın 27-də UNRWA-nın bir neçə əməkdaşının HƏMAS hərəkatı ilə əlaqədə olmasına dair ittihamlar fonunda təşkilata maliyyə vəsaitini dayandırmışdı. Helsinki hər il təşkilata 5 milyon avro ayırır.

“UNRWA-nın risk idarəçiliyinin təkmilləşdirilməsi, yəni sui-istifadə hallarının qarşısının alınması və dəqiq monitorinqin başlanılması bizə bu mərhələdə dəstəyin davam edə biləcəyinə dair risklərin idarə edilməsi baxımından kifayət qədər əminlik verir. Biz maliyyə vəsaitinin 10 faizini, yəni 500 min avronu risklərin idarə edilməsinə ayırırıq. Bu pul sui-istifadə ilə mübarizə siyasətinin həyata keçirilməsinə nəzarət etmək üçün istifadə olunur”, – Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + seven =