Finlandiya Rusiya ilə sərhədi tamamilə bağladı
“Sığınacaq axtaranlar üçün Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin noyabrın 28-dən dekabrın 13-dək bağlanılması barədə qərar qəbul edilib”.
Bunu Finlandiya hökumətinin başçısı Petteri Orpo deyib.
O əlavə edib ki, sığınacaq üçün müraciətlər indi yalnız hava limanlarında və dəniz limanlarında qəbul ediləcək.
Qeyd edək ki, baş nazir bundan öncəki açıqlamasında Rusiya ilə bütün sərhəd-buraxılış məntəqələrinin bağlanacağını bildirmişdi.