Finlandiya Ukrayna üçün sursat istehsalının həcmini artırmaq niyyətindədir

Finlandiya Ukrayna üçün sursat istehsalının həcmini artırmaq niyyətindədir

Finlandiya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində sursat istehsalının həcmini artırmaq niyyətindədir.

Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen yerli “İltalehti” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ölkəsi Ukraynanı silahlandırmaq üçün sursat istehsalını daha da artırmaqla bağlı danışıqlar başa çatıb və qeyd edib ki, çox güman ki, məsələ yaxın zamanda, Milad bayramına qədər həll olunacaq:

“Məqsədimiz Ukraynanı indikindən daha çox dəstəkləməkdir”.

Hakkanen onu da əlavə edib ki, sursat istehsalı on milyonlarla avro dəyərində artırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =