“Foreign Policy”: Amerika Suriyadan çəkilməyi planlaşdırır

“Foreign Policy”: Amerika Suriyadan çəkilməyi planlaşdırır

Amerika mediası məlumatlı mənbələrə istinadən Vaşinqtonun Suriyadan çəkilməyi planlaşdırdığını açıqlayıb.

“Foreign Policy” jurnalının məlumatına görə, bu gün məlumatlı mənbələr ABŞ-ın Suriyadan çəkilməyi planlaşdırdığını açıqlayıb.

Bu nəşr Amerika rəsmilərinə istinadən yazıb: Ağ Ev artıq Amerikanın Suriyadakı missiyasına əhəmiyyət vermir. Ağ Ev Amerika qüvvələrinin Suriyadakı missiyasını lazımsız hesab edir.

Bu hesabat əlavə edib: Vaşinqtonda Amerika qüvvələrinin Suriyadan çıxarılması tarixi ilə bağlı müzakirələr gedir, amma onun vaxtı hələ müəyyən edilməyib.

Sözügedən hesabatda deyilir: Mürəkkəb regional böhranlarla Co Bayden administrasiyasının bölgədəki hərbi prioritetlərini yenidən nəzərdən keçirməsi təəccüblü olmamalıdır.

ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentindəki 4 mənbə bu nəşrə bildirib ki, Ağ Ev artıq lazımsız hesab etdiyi missiyanı saxlamaqda maraqlı deyil.

“Foreign Policy”nin istinad etdiyi mənbələr ABŞ qüvvələrinin bölgədən necə və nə vaxt geri çəkiləcəyini müəyyən etmək üçün Bayden administrasiyasında “aktiv daxili məsləhətləşmələr” apardığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − five =