Fransa hərbi bazalarını bağlamaq və qoşunlarını Nigerdən çıxarmaqdan imtina edir

Fransa hərbi bazalarını bağlamaq və qoşunlarını Nigerdən çıxarmaqdan imtina edir

Nigerdə son hərbi çevriliş nəticəsində hakimiyyətə gələn rəhbərlik Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Nigerdə yerləşdirilən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir.

Öz növbəsində, Fransa hakimiyyəti Niger hərbçilərinin Parislə hərbi müqavilələri denonsasiya etmək qərarını tanımaqdan imtina etdiklərini bildirib.

“Fransa xatırladır ki, müdafiə sahəsində Nigerlə əməkdaşlığının hüquqi əsası Nigerin qanuni hakimiyyət orqanları ilə bağlanmış müqavilələrə əsaslanır”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 2 =