Fransa Nigerdəki səfirliyini bağlayır

Fransa Nigerdəki səfirliyini bağlayır

Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir.

Associated Press agentliyi bu barədə Fransa diplomatik missiyasının yerli əməkdaşlarına göndərilən məktuba istinadla məlumat yayıb. Məktubun mətnində səfirliyin 2024-cü il aprelin 30-da ləğv ediləcəyi yazılıb. Fransanın diplomatik mənbələri məlumatı təsdiqləyib.

Xatırladaq ki, iyulun 26-da prezident qvardiyası qiyam qaldıraraq Niger Prezidenti Məhəmməd Bazumu həbs edib. Bundan sonra Niamey və Paris arasında münasibətlər gərginləşib. Nigerin yeni hakimiyyəti Fransa səfirini arzuolunmaz şəxs elan edib, həmçinin fransalı hərbçilərin ölkədən çıxması tələb olunub.

Təxminən 26 milyon əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 2 =